25 sentyabr 2021 17:39
412

Yeni tədris ilində metodik kabinet əməkdaşlarının fəaliyyət istiqamətləri müzakirə olunub

Təhsil İnstitutunun Metodik dəstək mərkəzi tərəfindən regionlar üzrə metodik kabinet müdirlərinin onlayn görüşü keçirilib.

İnstitutdan "İki sahil"ə verilən məlumata görə, görüşün aparıcısı Metodik dəstək mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov olub.

Görüş zamanı yeni tədris ilində metodik kabinet əməkdaşlarının fəaliyyət istiqamətləri, onlar üçün təlimlərin təşkili, metodistlərin yaradıcı fəaliyyətə cəlb edilməsi, həmçinin fəaliyyətin hesabatlılığının təmini mövzuları müzakirə edilib. Bununla yanaşı, Metodik dəstək mərkəzinin əməkdaşları tərəfindən regionlarda keçirilmiş görüşlərin nəticələri və buna uyğun olaraq gələcəkdə görüləcək işlər barədə məlumat verilib.

Yekunda görüş iştirakçılarının sualları şöbə müdirləri Elxan Nəcəfov və Nigar Əhmədzadə tərəfindən cavablandırılıb.