25 sentyabr 2021 16:46
791

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65 min 861 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 min 218 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 milyon 293 min 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 700 min 96, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 milyon 593 min 494 təşkil edir.