Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə sentyabr ayının 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.
Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.
Leyla Əliyeva və Arzu Əliyeva Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
UNEC-də elmin rəqəmsallaşdırılmasında yeni mərhələ: AVESİS platforması təqdim olundu
Ali təhsil müəssisələrində “Rebuild Karabakh” hakatonuna dair infosessiyalar keçirilib - FOTO
Bakı ilə Sian şəhəri arasında birbaşa hava əlaqələrinin yaradılması müzakirə olunub