26 sentyabr 2021 20:11
986

Fransalı tanınmış futbolçu karyerasını başa vurub

Fransa milli komandasının sabiq futbolçusu Samir Nəsri 34 yaşında karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçinin özü açıqlama verib. O, ilyarımlıq ədalətsiz dopinq cəzasının da qərarına təsir göstərdiyini bildirib. Nəsri bu cəzanın futbola münasibətini dəyişdirdiyini vurğulayıb.

Qeyd edək ki, Samir Nəsrinin son klubu Belçika "Anderlext"i olub. O, əvvəllər Fransanın "Marsel", İngiltərənin "Arsenal", "Mançester Siti" və "Vest Hem", İspaniyanın "Sevilya", Türkiyənin "Antalyaspor" komandalarında çıxış edib. 2016-cı ilin dekabrında qan köçürməsi vaxtı Nəsrinin orqanizminə qidalandırıcı mikro-element düşüb. Nəticədə futbolçu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub.