27 sentyabr 2021 01:10
900

Bülent Çulcuoğlu: İnanıram ki, qısa müddət ərzində Şuşa dünyanın əsas mədəniyyət mərkəzlərindən birinə çevriləcək

Şuşa bənzərsiz və möhtəşəm bir şəhərdir. Mən ilk dəfədir bu şəhərdə oluram.Təəssüflər olsun ki, erməni vandalları bu şəhəri də dağıdıb, məhv ediblər. Burada böyük quruculuq işlərinin aparıldığınını da gördük. İnanıram ki, qısa müddət ərzində bu şəhər dünyanın əsas mədəniyyət mərkəzlərindən birinə çevriləcək.

Bunu "TRT Haber"in əməkdaşı Bülent Çulcuoğlu deyib.

"Mən ötən il 55 gün ərzində Azərbaycanda oldum. Ermənilər yaşayış yerlərini, böyük şəhərləri atəşə tutmaqla dinc sakinləri qətlə yetirdilər. Biz TRT olaraq bunu dünyaya çatdırdıq, Ermənistanın gerçək üzünü göstərdik. Həqiqətən, Azərbaycan 44 gün ərzində möhtəşəm dastan yazdı", - deyə Bülent Çulcuoğlu qeyd edib.

AZƏRTAC