Hazırda hamımıza tanış olan “Instagram” 2010-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb. Aşağıda bu sosial şəbəkədə mövcud olduğu gündən indiyədək ən məşhur hesablarla tanış ola bilərsiniz.
Devid Bekam
Məşhur futbolçu Devid Bekam karyerasını 2013 -cü ildə başa vursa da bu, onun çox sayda “Instagram” istifadəçisinin izlədiyi ən məşhur idmançılar siyahısına girməsinə mane olmayıb. Bu günə qədər 68.7 milyon insan idmançının səhifəsini təqib edir.
NASA
“Instagram” hesablarının içərisində qısa zamanda məşhurlaşan NASA hesabı ilk dəfə 2021 -ci ildə ortaya çıxdı. NASA kosmik agentliyinə məxsus hesab kosmik proqrama istinad edir, kosmos və hava məkanı ilə əlaqəli elmi araşdırmalar aparır. NASA hesabının bütün şəkilləri kosmos mövzusuna aiddir. Profil abunəçilərinin sayı 70.2 milyon civarındadır.
Victoria’s Secret
Qadın alt geyimləri brendi “Victoria’s Secret”in “Instagram” səhifəsi də ən çox izləyicisi olanlar siyahısındadır: 70,2 milyon
Şakira
Tanınmış müğənni və model Şakira dünyanın ən məşhur qadınlarından sayılır. Təəccüblü deyil ki, Şakiranın izləyicilərinin sayı 70 milyondan artıqdır.
UEFA çempionlar liqasının hesabı
Avropa Futbol Assosasiyası tərəfindən hər il keçirilən UEFA çempionlar liqasının hesabını “Instagram”da 80 milyondan artıq insan izləməkdədir.
Billi Ayliş
Amerikalı müğənni və bəstəkar Billi Ayliş hazırda “Instagram” hesabında 93 milyon təqibçisinin olması ilə öyünə bilər.
Dreyk
Repçi Dreykin hesabını izləyənlər isə 98,8 milyon nəfərdir.
Ceyms Lebnon
Əfsanəvi amerikalı basketbolçu NBA-nın əsl əfsanəsinə çevrilməyi bacarıb. Hazırda idmançını “Instagram”da 99,5 milyon nəfər izləyir.
Barselona futbol klubu
Barselona Kataloniya əyalətində gözəl şəhər olmaqla yanaşı, məşhur futbol klubuna da malikdir. Bu futbol klubuna məxsus hesabı hazırda 101 milyon insan izləyir.
“Real” futbol klubu
“Real” futbol klubu Zidan, Ronaldo, Kriştianu Ronaldu və s. kimi tarix yazan futbolçular yetişdirib. Klubun fanatlarının sayı milyonlarladır. “Instagram” hesabında isə klubu 105 milyon istifadəçi izləyir.
Rianna
“R&B” janrında mahnıların mükəmməl ifaçısı Rianna “Instagram”da da öz sözünü deməyi bacarıb. Müğənninin hesabını izləyənlərin sayı 109 milyonu keçib.
Kardi Bi
Amerikalı ulduz kardi Bi güclü vokal bacarıqları ilə tanınıb. Müğənnini “Instagram”da 111 milyon insane izləyir.
Keti Perri
“Forbes” analitikləri hesablamışdılar ki, məşhur müğənni Keti Perrinin 2016-cı ildə qazancı 135 milyon dollar təşkil edib. Müğənninin “Instagram”da təqibçilərinin sayı isə 137 milyondan artıqdır.
Mayli Sayrus
24 yaşlı müğənni Mayli Sayrus 148 milyon izləyici toplaya bilib və rəqəm durmadan artır.
Niki Minaj
Niki Minaj dünyanın ən məşhur rep müğənnilərindəndir. Nikinin şəxsi hesabı 159 min izləyicini özünə cəlb edə bilib.
Neymar
Braziliyalı futbolşu Neymar həm də məşhur media ulduzuna çevrilməyi bacarıb, onun səhifəsini təqib edənlərin sayı 162 milyonu ötüb.
NİKE
Məşhur NİKE brendi “Instagram”da 176 min izləyici yığa bilib. Hesab professional, həvəskar və virtual idmana, idman hadisələrinə həsr edilib.
Cenifer Lopez
Cey Lonu kim tanımır ki? Aktrisa, müğənni və sadəcə zövqlü qadın olan Cey Lo 52 yaşı olmasına baxmayaraq, gənc qızlara hələ də meydan oxuyur.
“Instagram” hesabında 180 milyona yaxın insan müğənnini izləyir.
“National Geographic”
Bu hesab nə modaya, nə geyimə, nə də hansısa məşhura həsr olunub, hesabda dünyanın ən uzaq künclərindəki həyatlardan şəkillər, videolar paylaşılır. Hazırda 185 milyondan artıq izləyicisi vardır.
Castin Biber
Kanadalı pop-müğənni, aktyor və model Castin Biberin “Instagram” hesabındakı izləyicilərinin sayı 200 milyona yaxınlaşır.
Beyons
Beyons-21-ci əsr şou-biznesinin əsl əfsanəsi hesab edilir. Onun mükafatlarının sayı hesabı yoxdur. “Instagram” hesabında isə müğənnini 212 milyon insan izləyir.
Lionel Messi
Məşhur futbolçu Messi həm də sosial mediada ulduzdur. Onun hesabını 272 milyon insan təqib edir.
Kriştianu Ronaldu
Ən bahalı futbolçu Kriştianu Ronaldunun qazancı hazırda 26 milyon dollar təşkil edir. Mediada da çox məşhur olan bu istedadlı insan 352 milyondan artıq izləyicisi ilə “Instagram”da ilk pillələrdədir.
“Instagram”
Sadəcə “Instagram” adlı bir hesabda izləyicilərin sayı isə tam bir rekorddur-427 milyon nəfər
Nubar Süleymanova, “İki sahil”