13 oktyabr 2021 23:07
397

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 137 obyekt daha çoxdur.

“İki sahil” xəbər verir ki, 2021-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 162 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-ci ilin sentyabrından 21 obyekt azdır.

2021-ci ilin sentyabr ayında Türkiyədə 147 143 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.

Sentyabrda Türkiyədə 6 630 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz çoxdur.