ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin "Arlinqton qəbiristanlığı" stansiyası yaxınlığında qatar relsdən çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Vaşinqtonun Nəqliyyat İdarəsinin "Twitter" səhifəsində bildiriblər.
Məlumatda deyilir: "Arlinqton qəbiristanlığı" yaxınlığında qatarın relsdən çıxması səbəbindən hər iki istiqamətdə gecikmələr olub".
"NBC" telekanalının yerli şöbəsi bildirir ki, sərnişinlər bir saatdan artıq qatarda qalıblar. Hadisə yerində yanğınsöndürənlər işləyir və sərnişinləri stansiyadan çıxaracaqlar. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.