Avstraliyanın moda markalarından biri vaksinasiyaya təşviq məqsədilə bəzək əşyaşı satışa çıxarıb. “Funk Ears” markalı sırğa koronavirus əleyhinə “Pfizer” vaksinin şüşəsi şəklindədir. Şirkətin sırğa modelləri arasında COVID-19 əleyhinə “AstraZeneca” peyvəndinin də sırğası var. Şüşə və gümüşdən hazırlanan bu bəzək əşyalarının qiyməti 25 dollar təşkil edir.
Bəzək əşyalarının qeyri -adi dizaynı ilə bağlı ikili fikirlər səsləndirilib və insanlar sosial şəbəkələrdə şərhlərdə fikirlərini bölüşüblər. Bəziləri yeni “Funk Ears” sırğalarını axmaq bir şey hesab edərək, şirkətə tənqidi fikirlər yazıblar, bəzi insanlar isə bunu təşviqat vasitəsi kimi yüksək qiymətləndirib hamını peyvənd olunmağa səsləyiblər.
Nubar Süleymanova, “İki sahil”