17 oktyabr 2021 12:35
1319

Firdovsi Kərimov: Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Tbilisidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafonun təşkili bir daha sübut edir ki, sülhsevər Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Marafon Klubunun təsisçisi və rəhbəri idman ustası Firdovsi Kərimov söyləyib.

Dünyanın 50-dən çox ölkəsində keçirilən marafon yarışlarında iştirak etdiyini vurğulayan F.Kərimov deyib: “Tbilisidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon yüksək səviyyədə təşkil olunub. Bu cür tədbirlər hər bir vətəndaş kimi bizdə də qürur hissi yaradır”.

Qeyd edək ki, Bakı Marafon Klubunun 7 üzvü bu tədbirdə iştirak etmək üçün Azərbaycandan Tbilisiyə gəlib.