19 oktyabr 2021 08:48
702

Dənizin dibindən səlibçilərə aid qılınc tapıldı

İsrailli dalğıc ölkənin şimal sahillərində, dənizdə, Səlib yürüşləri dövrünə aid qədim qılınc aşkar edib.

“İki sahil” xəbər verir ki, Karmel sahillərində tapılan qılıncın 900 il əvvələ aid olduğu bildirilib.

Tapıntı sözügedən ərazinin səlibçilər tərəfindən liman kimi istifadə edildiyi qənaətini möhkəmləndirir. 

Artıq dalğıc qədim qılıncı dövlətin aidiyyəti qurumlarına təhvil verib.