19 oktyabr 2021 17:21
1783

Qeyri-adi insanlar haqqında bu faktları bilirdinizmi? FOTO

Həyatında baş verən heç nəyi unutmayan qadın

Bəzi insanlar həyatlarında baş verən bütün hadisələri yadda saxlaya bilirlər. Bəs görəsən bu necə olur?

Bir çox insanların uşaqlıq xatirələrinin təxminən dörd yaşdan sonra yadda qaldığı bildirilir. Lakin Avstraliyanın Brisbane şəhərindən olan 27 yaşlı  Rebekka Şarrokun yaddaşı başqalarından çox fərqlənir. Daha doğrusu, ona yüksək avtobioqrafik yaddaş və ya HSAM sindromu diaqnozu qoyulub. Bu xəstəlik  hipertimeziya adı ilə də tanınmaqdadır.

Unikal nevroloji hal Rebekkanın həyatında baş verən bütün hadisələrin xatırlamasına səbəb olur. HSAM sindromundan əziyyət çəkən insanlar dərhal, düşünmədən və keçmişdə istənilən an etdikləri, geydikləri və ya harada olduqlarını xatırlaya bilirlər.

Onlar ictimai xəbərlər və şəxsi hadisələri o qədər fotoqrafik detal və incəliklə yadda saxlayırlar ki, hər şey eyni hadisənin video və ya auido yazısı ilə üst-üstə düşür.

Ağlı kəsdikcə Rebekka  hər kəsin onun kimi yaddaşa sahib olduğunu düşünürmüş. Ta ki, valideynləri ona televiziyada HSAM sindromundan əziyyət çəkən  insanlarla bağlı bir veriliş göstərənə qədər.

Qeyd edək ki, bu qeyri- adi sindrom yalnız 2000-ci illərin əvvəllərində aşkarlanıb və dünyada bu sindromu olan 60 nəfər qeydə alınıb.

Ən ağıllı uşaq

2 yaşlı uşağın intellektinin Enşteynlə müqayisə olunması, hələ də, bu vaxta qədər müəmmalı sirr olaraq qalır.

Britaniyalı Oskar Riqli 9 aylığından nəinki danışmaq, hətta böyük olmayan söz birləşmələri söyləməyə başlayıb. 2 yaşında o, artıq demək olar ki, istənilən mətni fikirləşmək qabiliyyətinə malik idi.

Komiks qəhrəmanına bənzəyən qadın

30 yaşlı britaniyalı model Kelli Li Dikey uşaqlıqdan “Marvel” komiksini çox bəyənib. O, həmişə mutant Qroza personajına bənzəməyi arzulayıb. 20 yaşından etibarən gənc qız bel incəldən karset taxmağa başlayıb və  sanki bir  möcüzə baş verib. 7 il ərzində onun beli 80 sm-dən 40-ə qədər incəlib. Sağlamlığı üçün təhlükə yaratmasına baxmayaraq, Kelli belə dəyişiklikdən çox məmnundur.

Ağrını hiss etməyən qadın

Çian Meyin qeyri-adi bacarığı digərlərindən seçilməkdədir. O, ağrı hiss etmir və yüksək hərarətdən qorxmur. Məsələn, Çian asanlıqla əlini qaynar yağa sala bilər. Ağrını hiss etməyən bu qadın  toyuq qrili satmaqla dolanır. Eyni zamanda, əlini qaynar yağa salmaqla da şoular göstərir.

Ən zəngin insan

2020 –ci ildə dünyanın ən zəngin adamı  kimi 146.9 milyard dollar sərvətə sahib olan məşhur  Amazon saytının qurucusu Jeff Bezos seçilmişdir. Lakin bu, dünya tarixində seçilmiş ən  böyük sərvət deyil. Zənginlik baxımından Bezosdan üstün olan adam, ABŞ-da neft istehsalının 90 %-nə nəzarət edən Con Rokfeller olub. 1870-ci ildə  məşhur “Standard Oil Company” şirkətini yaradan Rokfeller  neft yataqlarının axtarışı ilə məşğul olmağa başlayır. Qardaşı Villiam Rokfellerlə birgə “Standard Oil Company”nin vasitəsilə Amerikanın neft sanayesini cəmləşdirməyə başlayır. Rəqiblərinə seçim şansı belə verməyən qardaşlar 1874-cü ildə Klivlenddəki 26 müstəqil emal şirkətinə birləşməyi təklif edirlər və 20 şirkət Rokfeller qardaşlarının bu təklifini qəbul edir. Bunun nəticəsində “National Rafinery Association” yaradılır.1879-cu ildə onların zəbt müharibəsi başa çatır. Dəmiryollarına da sahiblənən Rokfellerlər beləcə 10 il ərzində bir çox quyu sahiblərini özlərinə birləşdirməklə rəqiblərini də eyni qiymətə neft satmağa məcbur edərək, onların iflasına yol açırlar. Rokfeller monopoliyaya qarşı mübarizəni nəzərdə tutan Şerman qanununun qəbuluna qədər ABŞ-ın neft sənayesinin 90 %-nə nəzarət etməyi bacarır. 1882-ci ildə Con Rokfeller ailənin varidatını idarə etmək məqsədilə “Rockefeller & Co” şirkətini təsis edir. Həyatının sonuna yaxın Con Rokfeller “Standard Oil Company”dən əlavə 16 dəmiryol, 6 polad şirkətinin , 9 bankın , 6 gəmiçilik şirkətinin , 9 əmlak firmasının və  3 portağal plantasiyasının sahibi idi.1937-ci ildə vəfat edən milyarderin sərvəti 418 milyard dollar idi. “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən varlı insanı kimi daxil olan Rokfellerin rekordunu hələ də heç kəs təkrarlamayıb.

Ən çox qızıl medalı olan idmançı

Hər hansı bir idman növündə qızıl medal qazanmaq inanılmaz dərəcədə çətindir. Olimpiya medalına sahib olmaq bir idmançını lider kimi təqdim edən bir müvəffəqiyyətdir. Məşhur üzgüçü Maykl Fhelps ən çox  qızıl medal  qazanan idmançı kimi tarixdə iz qoyaraq, hətta “Ginnesin Rekordlar Kitabı”na da daxil olub.İdman karyerası ərzində o, 28 Olimpiya medalını qazanıb. Onlardan 23-ü qızıl,3-ü gümüş,2-si isə bürüncdür. Karyerası boyunca Olimpiadada çoxsaylı medal qazandığı üçün onun bu rekordu əbədi qoruyacağı şübhəsizdir.

Ən ağır çəkili insan

Tarixə ən ağırçəkili insan kimi imza atan  Con Brouer Minnok 635 kq çəkisi ilə dünyanın ən kök insanı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.Uşaqlıqdan artıq çəkidən əziyyət çəkən Con 12 yaşında artıq 133 kq ağırlığında idi. 22 yaşında isə onun boyu 1.85 metr, çəkisi isə 230 kq idi. Minnokun artıq çəkisi sağlamlığında pisləşməyə səbəb oldu.16 ay ərzində xəstəxanada qalan Minnok 419 kq arıqladı və bunu edərək yeni bir rekorda imza atmış oldu. Təəssüflər olsun ki, arıqladığdan iki il sonra 42 yaşında səhhətində olan müxtəlif problemlər səbəbindən Con vəfat edir.

Qeyri-adi “Rapunzellər ailəsi”

Rassel soyadlı ana və 3 qızı dünyada ən uzun saçların sahibidirlər. Əgər onların saçını birləşdirsək, uzunluğu 4 metrə bərabər olacaq. Qeyd edək ki,  qızların saçları dəyanmadan uzanır .

Samirə Tağıyeva, "İki sahil"

Bölmədən digər xəbərlər