19 oktyabr 2021 23:37
744

Antalya turist axınında heyrətamiz statistika açıqladı

Türkiyənin Antalya kurortu heyrətamiz statistikanı təqdim etdi: 17 oktyabr tarixinə Antalyaya yalnız hava yolu ilə gələn turistlərin sayı 8,39 milyona çatıb.

“İki sahil” xəbər verir ki, Antaliyanın Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, turist sayı keçən illə müqayisədə 162% artıb. Üstəlik, "məxmər mövsümündə" turistlərin sayı artmaqda davam edir: 1-17 oktyabr tarixlərində şəhərə 1.22 milyon turist gəlib ki, bu da 2020-ci illə müqayisədə 105% çoxdur, kurorta eyni vaxtda 498 min turistin gəlməsi faktı da maraqlı göstəricidir. 

"Antalyaya gələn turistlərin sayında V şəkilli bir artım var. Antalyaya hər gün 58 min turist gəlir. Bu, ili 9 milyonla başa vura biləcəyimizi göstərir". Antalyanın əsas rəqibi - İspan adaları yay ərzində cəmi 3,9 milyon turist qəbul edib.