20 oktyabr 2021 12:10
4006

ABŞ-da insana donuz böyrəyi köçürülüb

Nyu-Yorkda cərrahlar insana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsi üzrə uğurlu əməliyyat həyata keçiriblər.

"İki sahil" New York Times qəzetinə istinadla xəbər verir ki, Nyu-York Transplantalogiya İnstitutunun direktoru Robert Montgomerinin sözlərinə görə, köçürülmüş orqan normal işləyir. O qeyd edib ki, pasiyent süni nəfəs aparatına qoşulmuşdu və onun beyni ölü vəziyyətdə idi.

Tədqiqatda iştirak edən transplantasiya cərrahiyyəsi professoru keçirilmiş əməliyyatı “nəhəng dönüş və çox böyük nailiyyət” adlandırıb.

Məqalə müəllifi hesab edir ki, əgər alimlər insanlara köçürmək üçün donuz orqanları yetişdirə bilsələr, bu, transplantasiya növbəsinə dayanan 100 minə yaxın amerikalının həyatını xilas edə bilər. Onların təxminən 90 mini məhz böyrəyə ehtiyac duyur.