Nan Madol
Tərk edilmiş meqalitik şəhər Nan Madol qədim zamanlara aid möhtəşəm memarlıq və sənət nümunəsidir. Alimlər tərəfindən 1585-ci ildə aşkar olunan Nan Madol Sakit okeanın Venesiyası adlandırılsa da onun haqqında heç bir dəqiq məlumat yoxdur. Ölçülərinə görə tikili Misir piramidalarından heç də geri qalmır. Mərcan riflər üzərində 92 ada inşa edilib. Adalardan ən böyüyü dəniz səviyyəsindən 8 metr hündürlükdə yerləşir. Qüllə və divarların inşa edildiyi daşların çəkisi 500 tondan çoxdur. Bu günə qədər də milyonlarla ton daşdan liman, qala inşa etmək, kanallar açmağın kimə lazım olduğunu heç kəs bilmir. Alimlər bu adaların mövcudluğunu unutmağa çalışırlar. Çünki daşların yaşını müəyyən etmək demək olar ki, mümkünsüzdür.
Okeaniyanın yerli sakinləri Nan Madolu inşa edən nəhənglərdən bəhs edirlər. Alimlər bu məsələyə şübhə ilə yanaşsalar da, bu ərazidə azman insanların qalıqları tapılıb. Məşhur arxeoloq Erirx fon Deniken XX əsrin 60-cı illərində arxeoloqlardan ibarət ekspedisiya tərəfindən adalarda çox nəhəng insan sümüklərinin tapıldığını yazırdı. Arxeoloji qazıntılar çox qısa müddətə dayandırıldı. Müəllifin iddiasına əsasən, sümüklər torpağa basdırıldı və araşdırmalara son vermişdi.
Qeyd edək ki, eyni hadisə Qafqaz dağlarında da baş verdi.
Puma Punku
Puma Punku bloklarından bəhs etmədən əsrarəngiz qədim tikililərin heç bir siyahısı tam deyil. Bura Boliviyanın And dağlarında yerləşən məbəd kompleksinin bir hissəsidir. Tarixçilər Puma Punkunun eramızdan əvvəl 536-600 -cü illərdə inşa edildiyini düşünürlər. Ancaq bir çox alim, daş quruluşların daha qədim olduğunu iddia edilər.
Onları bu qədər bənzərsiz edən nədir? Daşlar olduqca böyükdür, ən böyüyü təxminən 131 tondur. Bəs görəsən, insanlar 1420 il əvvəl bu nəhəng daşları bir yerdən başqa yerə köçürməyi necə bacarıblar? Lakin çox təəssüflər olsun bunu heç kim bilmir.
Puma Punku dağlarda 3900 metr yüksəklikdə yerləşir. Meşə xəttinin üstündədir. Bu o deməkdir ki, həmin ərazidə heç bir ağac bitmir.
Asuki monolitləri
Asuka, Yaponiyanın Takaichi mahalında yerləşən bir kənddir. Kənd Kofun-Cidai dövrünə (e.ə. 250-552) aiddir. Kəndin ərazisində iyirmi məşhur daş tikili var. İndiyə qədər onları kimin tikdiyini heç kim bilmir. Bu sirli tikililərin ən böyüyü və ən qeyri-adisi "Masudanın daş gəmisi" kimi tərcümə olunan" Masuda-no-Inafune"dir.
Daş konstruksiyanın uzunluğu 11 metr, eni 8 metr və hündürlüyü təxminən 5 metrdir. Daşın ağırlığı isə təxminən 800 tondur. Bu daş konstruksiyaların kim tərəfindən, nə vaxt və niyə yaradıldığı sualına birmənalı cavablar yoxdur.
Qeyd edək ki, "Masuda- no -Inafune" bir çox Buddist ziyarətgahının və məbədinin olduğu bir bölgədə yerləşir. Bəlkə də buddistlər bu tikilini məhz dini mərasimlərin keçirilməsi üçün yaratmışdılar.
Sirli qara qutular
24 qara tabut şəkilli qutu arxeoloqlar tərəfindən Djoser piramidasının yaxınlığındakı Saqqara dağının yamacındakı bir mağarada aşkar edilmişdir. Bu qara qutular xüsusi bərk Asvan qranitindən hazırlanmışdır. Hər biri yüz tondan çox ağır olan bu qutular hermetik olaraq möhürlənmişdir. Qutulardan hər birinin qapağı qranitdir və təxminən 30 tondur. Tarixçilərin sözlərinə görə, daşların maraqlı quruluşu bu kompleks strukturunun misirlilər tərəfindən yaradıldığını sübut etsə də lakin bu fərziyyə hələ də öz təsdiqini tapmayıb. Alimlər hələ də bu sirli qutuların hansı məqsədlə yaradıldığını bilmirlər. Əsas müəmmalı olan məqamlardan biri də odur ki, niyə tam olaraq 24 qutu var?
Anqkor Vat
Qədim mədəniyyətlərdən olduğu güman edilən Anqkor Vat və ya Anqkorvoat Kambocada yerləşən və tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm məbədi kompleksidir.
Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO -nun Ümumdünya İrsi Siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siem Reap əyalətinin Siemriap şəhərindən 5,5 km aralıda yerləşərək özündə kxmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir.Anqkor Vat kompleksinin 200 km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur.
İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. XV əsrdən istifadə olunmayıb və baxımsız qalmışdır.
Bura Avropa sivilizasiyası üçün 1860-cı ildən açılmışdır. Anqkor Vat Kambocanın dövlət bayrağı və gerbində təsvir olunmuşdur.
Məbəd əsasən anqkorian stilində tikilmişdir.Kamboca mədəni tikililəri üçün xarakterik olan "dağ-məbəd" tipinə aid edilir. Deyilənlərə görə, Kxmer məbədləri möminlərin yeri yox, tanrıların yaşayış yeri olmuşdur. Anqkor Vat, həmçinin hökmdarların dəfn olunması ilə də fərqlənir.
Məbədin tikintisində istifadə olunan daşlar cilalanmış mərmər kimi çox hamardırlar. Daşlar bir-birinə elə kip quraşdırılmışdır ki, onlar arasında aranı bəzən tapmaq olmur. Daş bloklar bəzən heç bir birləşməyə malik deyildir və ancaq öz çəkilərinə görə qalmışdır. Bəzi yerlərdən birləşdirmələrdən istifadə olunmuşdur. Ehtimala görə, daşların yerinə qoyulmasında qaldırıcı güc kimi fillərdən istifadə olunmuşdur. Məşhur tədqiqatçı Andre Muo qeyd etmişdir ki, əksər daşlarda 2,5 sm diametrli və 3 sm dərinlikli deşiklər vardır. Bu deşiklərin nə üçün lazım olduğu məlum deyildir. Bəzi mütəxəssislər bunun metal oxların köməyilə daşların bir-birinə birləşdirilməsində istifadə olunduğunu hesab edirlər. Bu sirli mədəniyyət ocağını hər il milyonlarla turist ziyarət edir.
Saksayuaman qalasının divarları
İnk İmperiyasının keçmiş paytaxtı olan Saksayuaman qalasının divarları hərəsi 360 ton olan iri və heyrətamiz qayalardan tikilib. Alimləri çaş-baş salan o faktdır ki, inklər bu “kərpiclər”dən ibarət tikintini necə istifadə etməli olub. Çünki bu tikililər Saksayuaman şəhərindən 35 km uzaqlıqda yerləşir.
Misir piramidalarından 7,5 min qoca yaşayış məskəni
Türkiyənin Şanlı Urfa vilayətindən 22 kilometr məsafədə yerləşən, 1964-cü ildə aparılmış uzunmüddətli arxeoloji qazıntılardan sonra aşkarlanmış Göbəkli Təpə yaşayış məskəni eramızdan bir neçə min il əvvəl inşa olunub. Bir çoxları bu kiçik kəndi insanlıq tarixinin ən qədim yaşayış məskənlərindən biri hesab edir. Tarixçilərin sözlərinə görə, Göbəkli təpə Misir piramidalarından 7,5 min il qocadır. Qədim insanların min bir əziyyətlə inşa etdikləri yaşayış məskəninin üstü bu günədək məlum olmayan səbəblər üzündən örtülüb. Kəndin nədən yerin altında gömülməsi naməlumdur.
Samirə Tağıyeva, "İki sahil"