20 oktyabr 2021 17:31
919

Şəhid Rüfət Əhmədzadənin barelyefi açılıb - FOTO

Sumqayıtda Vətən müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Əhmədzadə Rüfət Əbülfət oğlunun doğum günü qeyd olunub, yaşadığı evin qarşısında barelyefi açılıb.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Sumqayıt şəhər təşkilatının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra iştirakçılar Rüfət Əhmədzadənin şərəfli ömür yolundan və döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıqdan danışıblar. Bildiriblər ki, şəhidlərimizin əziz xatirələri daim qəlblərdə yaşayacaq.

Sonda şəhidin oxuduğu məktəbin şagirdləri şeir söyləyiblər.

Qeyd edək ki, Rüfət Əhmədzadə Vətən müharibəsi zamanı Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.