22 oktyabr 2021 17:08
746

Yaşlı görünmək istəmirsinizsə…

Geyimlərimizdə istifadə etdiyimiz aksesuarlar  bəzən yaşımızı  daha artıq göstərə bilir. Amma onlardan yerində istifadə etsək yaşımızı olduğundan da az göstərmək də mümkündür. Xanımlara yaşlarının olduğundan daha böyük göstərəcək bəzi  xətalara  yol verməmək üçün  məsləhətlərimiz var…

Səhv rəng seçimi

Səhv rəng seçimi bizi olduğumuzdan yaşlı göstərən nüanslardandır. Xüsusilə də, neon rənglərdən uzaq durmaq lazımdır. Çünki neon rənglər dəri rəngimizi ön plana çıxarmağa mane olur.

Qara rəng də hər mühitə uyğun bir rəng olsa da, qadınları olduğundan yaşlı və solğun göstərə bilir. Ayrıca qara rəng göz və çənə ətrafındakı kölgələrə diqqət artıraraq qırışları ön plana çıxarır.

Optik eynəklər

Optik eynəklər  ehtiyacımız olan aksesuar olsa da, əslində bizi yaşımızdan böyük göstərir. Amma bu aksesuarları rəngli və əyləncəli dizaynlarla yaşımıza uyğunlaşdıra bilərik.

 Qalın jaketlər

Soyuq havalarda köməyimizə gələn jaketlər, sadəcə yaşımızı olduğundan böyük göstərməklə qalmır, eyni zamanda, bizi daha çəkili göstərir. Buna görə də, jaket əvəzinə nazik pencək tipli jaketlərə üstünlük verə bilərsiniz.

Həddən artıq makiyaj

Gündəlik həyatımızda gecə xüsusi dəvətlərə qatılarkən etdiyiniz makiyajı etməməyinizdə fayda var. Çünki çox makiyaj yaşımızı olduğundan daha da böyük göstərir.

Sürmə gözlərin gözəl görünməsinə yardım edən əsas makiyaj vasitəsidir. Amma sürmədən çox istifadə etməklə gözləriniz kiçik, yorğun və yaşlı görünəcək.

Ənliyin həddindən artıq az və ya çox olması gözəl görünüşünüzə mane olacaq.

Tonal krem ləkələri gizlədib, dərini daha hamar göstərir. Yanlış seçilən tonal krem  isə gözəlliyinizə kölgə salaraq sizi daha yaşlı göstərə bilər.Bunun üçün məhz dərinizə uyğun olan tonal kremdən istifadə edin.

Düzgün seçilməyən ətək

Topuğumuza yaxın  ətəklər yaşlı görünməyinizə səbəb ola bilər. Əgər sizə  yaraşan ətək uzunluğunu tapmaq istəyirsinizsə, ayna qarşısına keçin və boyunuza uyğun ətək seçin.

Samirə Tağıyeva, “İki sahil”