22 oktyabr 2021 19:19
1019

İtaliya iqtisadiyyatının bu il 6 faiz artacağı gözlənilir

Cari ildə İtaliya iqtisadiyyatının 6 faiz artacağı proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Mərkəzi Bankı məlumat yayıb. Bildirilir ki, ilin üçüncü rübündə ölkə iqtisadiyyatı 2 faizdən çox artıb. Cari il üzrə iqtisadi artımın isə 6 faiz olacağı nəzərdə tutulur.

Qeyd edək ki, bank əvvəlki hesabatında 2021-ci il üzrə iqtisadi artım tempini 5,1 faiz proqnozlaşdırmışdı.