23 oktyabr 2021 01:57
975

Dibalanın Turindəki evi qarət olundu

"Yuventus"un futbolçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

“İki sahil” xəbər verir ki,  "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, oğrular 27 yaşlı yarımmüdafiəçinin evinə girərək birinci mərtəbədəki pəncərəni sındırıblar.

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını basıb, ancaq  soyğunçular gizlənərək qızıl zinət əşyaları götürərək qaça biliblər. Oğurlanan əşyaların dəyəri hələ ki, məlum deyil. Onların Dibalanın bahalı saat kolleksiyasını da oğurladığı güman edilir.