24 oktyabr 2021 21:00
513

Aİ Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır

Avropa Xarici Fəaliyyət Xidməti bir ay ərzində Əfqanıstandakı diplomatik nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə son qərar təhlükəsizliklə bağlı məsələrdən irəli gələrək veriləcək. Sentyabr ayında Aİ nümayəndə heyəti Əfqanıstana səfər edərək oradakı real vəziyyəti qiymətləndirib. Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməkdə maraqlıdı. Çünki bu humanitar yardımı, o cümlədən təxliyyəni daha effektiv həyata keçirməyə imkan verəcək.

Hazırda yaranan çətinlik nümayəndəliyin inzibati binasının kim tərəfindən mühafizə olunması ilə bağlıdı.