25 oktyabr 2021 17:46
881

Bu proqramları “iPhone”dan silməyiniz məsləhətdir

İT ekspertləri “iPhone” istifadəçilərinin smartfondan “Facebook” və “Instagram”ı nə üçün silməli olduqlarını açıqlayıblar.

“Forbes”in məlumatına görə, “Facebook” “məxfi” məlumat toplusunu ələ keçirib. Müəlliflər vurğulayıblar ki, “Facebook” və “Instagram” mobil əlavələri tərəfindən bu “izləmə” dayandırıla bilməz, sadəcə proqramı smartfondan silmək qalır.

“Facebook” tətbiqinin coğrafi yer ayarları deaktiv edilsə belə istifadəçilərindən məkan məlumatlarını topladığı məlumdur. Bunun üçün Amerika şirkəti fotoşəkilləri və IP ünvanlarını metadata kimi istifadə edir. Portalın məlumatına görə, “Facebook” şirkətinin nümayəndələri bu məlumatı təsdiqləsələr də, hərəkətlərini izah etməkdən imtina edirlər.

Kibertəhlükəsizlik üzrə ekspertlər Talal Haj Bakri və Tommi Misk qeyd ediblər ki, indi bu izləmə üsulu ilə yanaşı, “Facebook” və “Instagram”  tətbiqləri istifadəçilərinin “iPhone”larındakı akselerometrdən günün istənilən vaxtında onların hərəkətləri və davranışları haqqında məlumat toplamaq üçün istifadə edilir.

Problemin ciddiliyi ondadır ki, bu cür məlumat toplanması xəbərdar edilmir  və söndürülə bilməz. “Facebook”un  olduğunuz məkanı izləmə imkanını bağlasanız belə, tətbiq yenə də sizi telefonunuzun akselerometrinin qeyd etdiyi vibrasiya modelinə uyğun istifadəçilərlə qruplaşdıraraq dəqiq yerinizi təyin edə bilir. Məsələn, avtobusda olsanız və sərnişin “Facebook” ilə dəqiq yerini paylaşarsa, tətbiq sərnişinlə eyni yerdə olduğunuzu asanlıqla müəyyən edə bilər.

“Buna görə də izlənmənin qarşısını almaq üçün yeganə yol bu tətbiqləri telefondan tamamilə silməkdir”,-deyə mütəxəssislər bildiriblər.

Nubar Süleymanova, “İki sahil”