28 oktyabr 2021 14:39
706

Daha bir hakim koronavirusa yoluxub

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, hakim Faiq Qəniyev koronavirus şübhəsi ilə bağlı test verib və onun testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Faiq Qəniyevin icraatında olan bütün işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakimi koronavirus infeksiyasına yoluxaraq müalicə olunub.