18 noyabr 2021 17:13
1289

Məşhurlar yenə təəccübləndirir... - FOTO

Məşhur Malibu porno ulduzu, “Playboy” modeli və məşhur aktrisa Pamela Anderson həyat yoldaşı Tommİ Lee sayəsində gözəl bir adanın sahibi oldu. Onun yoldaşı sevdiyi qadın üçün “Jumeirah” yaxınlığında süni arxipelaqda yerləşən və  dünya xəritəsi şəklində inşa edilmiş bir ada alıb. Qeyd edək ki, həmin arxipelaqda təxminən 300 ədəd kiçik adalar var. Burada gözəl malikanələr, dəbli otellər inşa edilir. Bu adalara yalnız iki yolla–xüsusi təyyarələr və “Jumeirah” dəniz limanından xüsusi qayıqlarla getmək olar.

İstedadlı musiqiçi və reper Aşer nəinki sənəti, həmçinin rəngarəng olan intim həyatı ilə də diqqət mərkəzində olub. Beləliklə, 2017-ci ildə 3 fanatı onları herpes infeksiyası ilə yoluxdurduğu üçün onu məhkəməyə vermişdilər. Qeyd edək ki, 2012-ci ildə də oxşar hadisə baş vermişdi. O zaman 1,2 milyon dollar təzminat olaraq ödəyən Aşer həmin işi uğurla həll etmişdi.

Uzun illər ərzində məşhur aktrisa Amanda Bayns qəribə davranışları ilə diqqət çəkirdi. O,gah həmkarlarına hücüm edir, gah öz köpəyini yandırmaq istəyirdi. Amandanın anormal hərəkətlərini müşahidə edən yaxınları onu xəstəxanaya yerləşdirirlər.  Xəstəxanada  şizofreniya diaqnozu qoyulan Amanda  kifayət qədər uzun  müalicə kursu keçdi və hal-hazırda da güclü dərmanlar istifadə etməkdədir.

“Apple” şirkətinin qurucusu Stiv Jobsun pəhriz və gigiyena ilə əlaqədar qeyri-adi vərdişləri var idi. Belə ki, Jobs ömrünü uzatmaq üçün sadəcə kök və alma yeyərdi. Onun düşüncələrinə görə, meyvə və tərəvəzlər ilə qidalanan insanların bədəninin qoxusu da gözəl olur.O, həmçinin duş qəbul etməyi heç sevmirdi. Bu vəziyyət işçiləri və iş yoldaşları üçün dözülməz idi.Şübhəsiz ki , Jobs bacarıqlı və ağıllı adam idi, lakin  onun vərdişləri olduqca qəribə idi. Deyilənlərə görə, elə düzgün olmayan qida rasionuna görə, o,xərçənq xəstəliyinə düçar oldu.

Hal-hazırda Kristiano Ronaldo planetin ən çox tanınan  və seksual futbolçularından biridir. Buna görə küçələrin və bəzi digər coğrafi obyektlərə onun adının verilməsi təəccüblü deyil. Lakin portuqaliyalı rejissorlar daha da irəli getdilər və çəkdirdikləri pornofilmi "Yuventus" hücumçusunun adı ilə adlandırdılar. Onların düşüncələrinə görə, Ronaldonun dünyaca məşhur bir futbolçu olması bu kasetin Portuqaliyadan kənarda satılmasına şərait yaradacaq.Qeyd edək ki, həmin porno filmin rejissoru Karlos Ferreiradır.

Qeyd edək ki, əvvəllər də Kristianonun  adı  hava limanı,  təyyarə və hətta qalaktikaya belə verilmişdi.

Epataj sənətçi Ledi Qaqa valideynləri ilə birlikdə bir İtalyan restoranı açıb.Burada  müştərilər 24-28 dollar arasında italyan mətbəxinə aid dadlı makaron yeməklərindən dada bilərllər. Bu  restorana Ladi Gaga  on il əvvəl vəfat edən xalasının adını verib.

Daha çox Eminem təxəllüsü altında tanınan Marşall Brüs Meters "Rap God" mahnısı ilə 2013-cü ildə "Ginnesin Rekordlar Kitabı"na düşmüşdü. 6 dəqiqə davam edən qeyri-adi trekdə Eminem 1560 söz oxumuşdu.

 Məşhur model Naomi Kempbellin evində işləyən xadimə onun haqqında maraqlı faktlar söyləyib. O, modelin çox sərt biri olduğunu və əsəbləşdikdə kimi istəsə vurduğunu bildirib. Xadimə hətta bir dəfə Naomini onun başından vurduğu üçün məhkəməyə də verib.

Amazon saytının başçısı kimi tanınan Jeff Bezosun boşanma prosesi də tarixin ən bahalı boşanması kimi yaddaşlara həkk olunub. Həyat yoldaşı Makkenzi ilə 25 il birlikdə yaşayan Jeff  aralarında olan sevginin tükəndiyini anlayandan sonra boşanma qərarını alıblar. Dost  və gözəl həmkarlar kimi ayrılan bu cütlüyün hələ də əla münasibətləri var. Çox maraqlıdır ki, evlilik müqavilələri olmasa da 35 milyard dollara yaxın təzminat alan Makkenzi, demək olar ki, Amazon saytının səhmlərinin  bir hissəsinə sahib olmuşdur.

 Heç bilirdinizmi ki, məşhur "Apokalipsis” filminin rejissoru, "Cəsur ürək” filminin və digər ekran əsərlərinin qəhrəmanı Mel Qibson indi də depressiv psixozadan əziyyət çəkir. Yaxınları gündüzlər hər kəslə gülərüz davranan aktyorun  bəzən tamamilə aqressiv olduğunu  qeyd edirlər.

Samirə Tağıyeva, "İki sahil”