22 noyabr 2021 00:59
807

"Lion" - "Marsel" oyunu yarımçıq dayandırılıb

Futbol üzrə Fransa “Liqa 1”də XIV turun "Lion" - "Marsel" görüşü yarımçıq qalıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində hesab "Marsel"in futbolçusu künc zərbəsi yerinə yetirərkən, tribunadan atılan su qabı yarımmüdafiəçi Dimitri Payetin başına dəyib.

Baş hakim Rüddi Büke komandaları meydandan çıxarıb.

Hələlik matç bərpa olunmayıb.