23 noyabr 2021 16:30
1256

Qaraciyəri məhv edən məhsullar

İspaniyalı dietoloq Anqela Moreno insan orqanizminə mənfi təsir edən və qaraciyəri məhv edən məhsulların adlarını açıqlayıb.

İlk öncə mütəxəssis doymuş yağlardan çəkinməyi tövsiyə edib. Doymuş yağlar daxili orqanlar ətrafında təhlükəli visseral yağın aktiv yığılmasına səbəb olurlar, nəticədə qaraciyər əziyyət çəkir. Siyahıya mağazada olan kolbasa və çörək məhsulları daxildir.

Çoxlu qlükoza olan içkilər də bu həyati orqanın normal fəaliyyətinə mane olur. Tərkibində kofein və şəkər olan enerji içkilərindən imtina etməlisiniz. Yüksək glisemik indeksli karbohidratların, xüsusən də fruktozanın müntəzəm istehlakı qaraciyər xəstəliyinin inkişaf riskini artırır. Bu zaman hətta fəal bir həyat tərzi də insanı xilas edə bilmir.

 “Qaraciyərinizi qorumaq üçün mütəmadi idman etməli və meyə və tərəvəzlərlə zəngin balanslı qidalanmaya diqqət etməlisiniz.

Nubar Süleymanova, “İki sahil”