Avropa ölkələrində tullantılar çeşidlərinə görə ayrılır
Heç bilirdinizmi ki, Avropalılar heç vaxt şüşə, plastik və batareyaları zibil torbasına qoymazlar. Avropa ölkələrinin əksəriyyətində hər tullantı növü üçün ayrıca zibil paketləri var. Burada insanlar ətraf mühitin təmizliyinə çox riayət edirlər. Məsələn, İsveçdə plastik torbalar kağız torbalardan iki qat bahadır və plastik şüşə su 10 krona alırsanızsa, onda bir kron əlavə ödəməlisiniz. İsveçdə, həmçinin bir növ motivasiya sistemi var. Burada bir insan plastik qabda su içərsə və həmin qabı plastik qəbuledici maşına təhvil verərsə, onun ödədiyi bir kron ona geri qaytarılacaqdır.
Lüksemburqda ictimai nəqliyyat pulsuzdur
Lüksemburqda 2020-ci ildən bəri ictimai nəqliyyat bütün sakinlər və qonaqlar üçün pulsuz oldu.
Taylandda bir binaya daxil olmadan əvvəl insanlar ayaqqabılarını çıxarırlar
Taylandda çox maraqlı" ayaq etiketi"var. Belə ki, bu ölkədə yaşayan insanlar hər hansı bir binaya daxil olmadan mütləq ayaqqabılarını çıxarırlar və beləliklə təmizliyə riayət etmiş olurlar.
Kosta-Rikada küçələrin adı yoxdur
Bu şəhərdə bəzi küçələrin adları olsa da, lakin onlar nədənsə xəritədə işarə olunmurlar. Çünki Kosta Rikadakı küçələr özünəməxsus məşhur məkanlarına görə tanınmaqdadır.
Nigeriyada qadınların iki əri olur
Nigeriya və Kamerunda çox maraqlı bir adət var. Orada bəzi qadın sakinlərinin iki əri olur. Bu ölkələrdə bu adət normal sayılır. Qadınlar ərə gedib, uşaq dünyaya gətirdikdən sonra yenidən ərə gedə bilərlər.
Dubayda avtobus dayanacaqlarında belə kondisioner var
Dubay sakinləri öz rahatlıqlarına çox düşkündürlər. Burada olan dözülməz istilər isə küçədə hərəkət etməyi çox çətinləşdirir. Buna görə də Dudayda bir çox yerlərdə kondisionerlər quraşdırılır, hətta dayanacaqlarda da.
Həmçinin Dubayda süni adalar da yaradılır. Süni adaların tikintisi torpaq çatışmazlığı baxımından mükkəmməl bir ideyadır. Çünki Dubayda torpaq sahəsi çox bahadır, xüsusilə də sahillərdə. Varlı iş adamları süni adalar yaradaraq bahalı evlər və otellər tikirlər.
İtalyan və Yapon restoranlarında ofisiantlara bəxşiş qoymaq qadağandır
Çünki burada müştərin ödədiyi hesaba ofisiantın xidmət haqqı da əlavə edir. Bu ölkələrdə ofisianta və ya bir taksi sürücüsünə bəxşiş təklif etsəniz,onlar dərhal artıq pulu götürməyinizi xahiş edəcəklər.
Sinqapurda insanlar ictimai iaşə müəssisələrində özlərinə mütləq yer tuturlar
Sinqapurlular yemək sifariş etdikdən sonra ayaqüstündə qalmamaq üçün əvvəlcədən özlərinə yer tuturlar. Onlar boş masalara yaxınlaşaraq, çətirlərdən tutmuş salfet paketlərinə qədər hər şeyi masanın üstünə qoyurlar. Beləliklə, həmin insanlar özlərinə yer ayırmış olurlar.
Bəzi Şərqi Asiya ölkələrində insanlar pandemiya başlamazdan əvvəl də maska taxırdılar
Cənubi Koreya kimi ölkələrdə insanlar soyuqdəymə zamanı belə ətrafdakıların təhlükəsizliyi üçün maska taxırdılar.
Yaponiyada qadınlar üçün nəqliyyat
Yaponiyada ictimai nəqliyyatda qadınların kişilər tərəfindən zorakılığa məruz qalması nadir hal deyil. Bu tip halları yaponlar "chikan" adlandırırlar. Kişilərə qarşı qadınlar tərəfindən şikayətlərin sayı artmağa başladığı üçün hökumət hərəkətə keçərək, Yaponiya metrosunda yalnız qadınlar üçün xüsusi vaqonlar ayırıb. Qeyd edək ki, bu cür vaqonlar adətən qatarın sonunda yerləşir və kişilərin ora girməsi qəti qadağandır. Qadağaları pozan kişilər cərimələnir.
Hökumət gecə işləyən və bu səbəbdən evə gec qayıdan qadınlara da qayğı göstərir. Belə çətin vəziyyətə düşən qadınlar üçün xüsusi taksilər çalışmaqdadır. Həmin taksilərin sürücüləri də məhz qadınlar olur.
Samirə Tağıyeva, “İki sahil”