26 noyabr 2021 17:03
868

Neapolda əfsanəvi futbolçuya abidə ucaldıldı

İtaliyanın Neapol şəhərində ölümünün birinci ildönümü şərəfinə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın abidəsinin təntənəli açılışı olub.

Heykəli heykəltəraş Domeniko Sele hazırlayıb. Neapolda Maradona çox yüksək qiymətləndirilir, çünki o, karyerasının ən yaxşı dövrünü yerli futbol klubu Napoli ilə keçirib.

 Abidə noyabrın 25-də komandanın öz oyunlarını keçirdiyi şəhər stadionunun yaxınlığında ucaldılıb. Gələcəkdə şəhər rəhbərliyi heykəli daimi olaraq qonaqları və şəhər sakinlərini sevindirəcək başqa yerə köçürməyi planlaşdırır.

Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 61 yaşında ürək problemindən vəfat edib. O, karyerası ərzində 687 rəsmi görüş keçirib və bu görüşlərdə 363 dəfə fərqlənməyi bacarıb. Argentina futbolunun ulduzu haqlı olaraq iyirminci əsrin ən yaxşı futbolçusu hesab olunur.

Nubar Süleymanova, “İki sahil”