28 noyabr 2021 08:37
1025

İşğaldan azad edilən ərazilərdə erməni hərbçilərin qalıqları aşkarlanıb

Azərbaycan ərazisində aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində hərbçilərimiz tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha iki hərbçisinin meyitinin qalıqları aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, onlardan biri Berd rayonunun sakini Ruben Poqosyan, digəri Vaqe Papyandır.

Bununla da Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində meyitinin qalıqları tapılmış, itkin düşmüş sayılan hərbçilərinin sayı 1 703 nəfərə çatıb.

Qeyd edək ki, bu rəqəm yalnız itkin düşmüş sayılan, lakin dünənə qədər qalıqları tapılan erməni hərbçilərin sayıdır. Ermənistan ordusunun müharibə itkilərinin ümumi sayı reallıqda bundan bir neçə dəfə çoxdur.