2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixi müəyyənləşib.
"İki sahil" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3 - 12 fevralda gerçəkləşəcək. Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Dünya çempionatında 7 iştirakçısı olacaq. Bunlar Səudiyyə Ərəbistanının "Əl-Hilal", Meksikanın "Monterrey", Yeni Zelandiyanın "Oklend Siti", BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandalarıdır.
Hazırkı klublararası mundial bu ilin dekabrında Yaponiyada keçirilməli idi. Lakin ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yarışın təşkilatçılığından imtina edib.
Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb
Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb