02 dekabr 2021 22:58
804

Kakao pis xolesterolla mübarizədə effektivdir

Təbii kakao içkisi bir çox faydalı xüsusiyyətlərə malikdir. Bu barədə rusiyalı  dietoloq Lyudmila Mikityuk “RİA Novosti”yə məlumat verib.

Əvvəla, mütəxəssis yalnız təbii məhsuldan istifadə etməyi tövsiyə edir. Təbii kakao tozu qan azlığı olan insanlara kömək edən, əzələ funksiyasını normallaşdıran və aktiv böyümə dövründə uşaqlar üçün lazım olan vitamin və minerallarla zəngindir.

Kakao içkisi bir çox faydalı xüsusiyyətlərə malikdir. Bu barədə dietoloq Lyudmila Mikityuk “RİA Novosti”yə məlumat verib.

Əvvəla, mütəxəssis yalnız təbii məhsuldan istifadə etməyi tövsiyə edir. O, qan azlığı olan insanlara kömək edən, əzələ funksiyasını normallaşdıran və aktiv böyümə dövründə uşaqlar üçün lazım olan vitamin və minerallarla zəngindir.

Kakao tozu hamilə qadınlar üçün də faydalıdır. Qaraciyəri təmizləyir, pis xolesterolu yox edir, xərçəng riskini azaldır, hüceyrə bölünməsinə və sümük böyüməsinə kömək edir. Məhsulda dərinin elastikliyini qoruyan maddələr- prosiyanidin, fenol, melanin, nikotin turşusu var.

“Melanin dərini günəşin zərərindən qoruyur, nikotin turşusu isə saçlar

ın vəziyyətini yaxşılaşdırır. Hətta kakaodan maskalar hazırlaya bilərsiniz. İspan alimləri kakaonun serroz və qaraciyər fibrozu üçün faydalarını sübut ediblər”, - deyə həkim əlavə edib.

Dietoloqun sözlərinə görə, kakao kifayət qədər yüksək kalorili içkidir, ona süd əlavə etsəniz, səhər saatlarında istehlak etmək daha yaxşı olar.

Nubar Süleymanova, “İki sahil”