02 dekabr 2021 17:06
856

DSX rəisi helikopter qəzasında həlak olmuş hərbçilərin məzarını ziyarət edib FOTO

Dekabrın 2-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. DSX rəhərliyi onların xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər. Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.