02 dekabr 2021 18:31
775

Bu il hərbi xidmət vəzifələrindən boyun qaçırma cinayətləri 34,3 faiz azalıb

Azərbaycanda 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 34,3 faiz azalıb.

“İki sahil” xəbər verir ki,  bunu Respublika Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

O, qeyd olunan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətlərinin 23,5 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin 49,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin 28,6 faiz azaldığını bildirib.