03 dekabr 2021 10:37
657

UEFA "Qarabağ"ın qapısına vurulmuş qolu fərqləndirib

UEFA rəsmi instaqram səhifəsində Konfrans Liqasının qrup mərhələsinin V turunda qeydə alınmış 2 qolla bağlı sorğu keçirir.

“İki sahil” xəbər verir ki, onlardan biri Kipr "Omoniya"sının futbolçusu Jordi Qomesin Bakıdakı matçda "Qarabağ"ın qapısına vurduğu qoldur. Səsverməyə çıxarılan ikinci qolun müəllifi isə Kiprin digər təmsilçisi "Anortosis"in oyunçusu Lazaros Kristodolopulosdur. Onun 27-ci dəqiqədə Belçika "Genti"nə vurduğu qol fərqləndirilib.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə başa çatıb.