05 dekabr 2021 12:26
993

Qubada istirahət mərkəzində yanğın baş verib

Quba rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 14 m² olan taxta konstruksiyadan ibarət kotec yanıb.

“İki sahil” xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.