08 dekabr 2021 12:55
760

“İnstagram” bir sıra yeni funksiyalar təqdim edib

"İnstagram" yeniyetmələrin internetdə daha təhlükəsiz istifadəsi üçün bir sıra funksiyalar təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri bildirib.

"Uzun müddətdir ki, gənclərin "İnstagram"dan istifadə edərkən təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Bu işin bir hissəsi olaraq, bəzi yeni alətlər və funksiyalar barədə elan edirik", - deyə o, bildirib.

Yeniliklərdən bəzilərinin gələn il istifadəyə verilməsi planlaşdırılır.

Beləliklə, valideynlər və qəyyumlar yeniyetmələrin tətbiqdə nə qədər vaxt keçirdiklərini görə və vaxt məhdudiyyətləri təyin edə biləcəklər.

İstifadəçilər onları izləməyən yeniyetmələri etiketləyə bilməyəcək.

Şirkət həmçinin uşaqları ilə sosial mediadan istifadəni müzakirə etməkdə kömək etmək üçün yeni valideyn və qəyyum təhsil mərkəzi hazırlayır.