31 dekabr 2021 02:14
1291

“Xüsusi təyinatlı Şaxta baba”dan maraqlı təbrik - VİDEO

Rusiya Milli Qvardiyasının dalğıcları ölkə əhalisini təbrik etmək üçün Baykal gölünün dərinliklərinə baş vurub.

“İki sahil” xəbər verir ki, dalğıclar özləri ilə apardıqları təbii şam ağacı ilə insanları təbrik ediblər.

Dalğıclar əməliyyatın şərti adını “Xüsusi təyinatlı Şaxta baba” qoyublar.