10 yanvar 2022 21:43
1253

“Səs”in finalına onlar seçildi

"Səs Azərbaycan" beynəlxalq vokal müsabiqəsinin finalçılarının adları məlum olub.  

“İki sahil” xəbər verir ki, dörd ustad- Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, Avroviziya qalibi Eldar Qasımov və Murad Arif final gecəsi birincilik uğrunda mübarizə aparacaq iştirakçıları seçib.  

B. Dadaşova Emil Tağıyev, T. Ağayeva Hidayət Əliyev, E. Qasımov Nadir Rüstəmli, M.Arif isə Leyla İzzətova ilə qaliblik üçün yarışacaq. 

Seçim növbəti həftələrdə İctimai TV-nin efirində təqdim olunacaq.