Almaniya Bundesliqasında dekabr ayının ən yaxşı futbolçusu məlum olub.
“İki sahil” xəbər verir ki, ötən ayın ən yaxşısı “Bayer”in (Leverkuzen) hücumçusu Patrik Şik seçilib. Çexiyalı futbolçu dekabr ayında Bundesliqanın 4 oyununda 8 qol vurub və 1 qolun ötürməsini verib.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2020-cı ildə “Roma”dan “Bayer”ə keçmişdi.