14 yanvar 2022 21:50
426

Azərbaycan iqtisadiyyatı ötən il 5,6% artıb

İlkin məlumatlara əsasən 2021-ci ildə Azərbaycanda 92 857,7 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox ümumi daxili məhsul istehsal olunub.

"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumatları görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2%, neft-qaz sektorunda isə 1,8% artıb.

ÜDM istehsalının 42,5%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9 269,3 manata bərabər olub.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-in real artımını 3,9% səviyyəsində proqnozlaşdırır. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1%, BMT-nin proqnozuna görə isə 4% artacaq.

Xatırladaq ki, 2020-ci ölkədə real ÜDM 4,3% azalıb.