18 yanvar 2022 19:03
955

Türkiyəli gənc ulduz yeni imici ilə göz qamaşdırdı - FOTO

Türkiyəli məşhur aktrisa Dilan Çilek Deniz yeni layihəsi üçün imicini dəyişib.

“İki sahil” xəbər verir ki, islandiyalı rejissor Tor Sevarssonla ailə qurmağa hazırlaşan aktrisa saçlarının rəngini sarıya boyayıb.

O, “Instagram” hesabından fərqli görünüşünü “Yeni obraz yüklənir” qeydi ilə paylaşıb.

“Çukur” və “Alev alev” serialları ilə məşhurlaşan aktrisanın paylaşımı qısa müddətdə 200 mindən çox bəyənmə qazanıb.