19 yanvar 2022 14:26
690

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim kursunda FOTO

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim kursunda iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbçiləri Kayseridə Birinci Komando Briqada Komandanlığında 113-cü təməl paraşüt kursuna qatılıblar.