19 yanvar 2022 18:56
1070

HAVELSAN şirkəti Azərbaycanda nümayəndəlik açacaq

Türkiyənin hərbi hava sənayesi sahəsində fəaliyyət göstərən HAVELSAN şirkəti Azərbaycanda nümayəndəlik açacaq.

“İki sahil” xəbər verir ki, bunu şirkətin baş meneceri Mehmet Akif Nacar “Hərbi Sənaye” dərgisinə müsahibəsində deyib.

O qeyd edib ki, şirkətin artıq Qətər, Oman, Küveyt, Malayziya və Pakistan kimi ölkələrdə ofisi var və Azərbaycandakı nümayəndəliyin yaxın zamanda açılması gözlənilir.