20 yanvar 2022 02:35
974

Türkiyədə Qarabağ Zəfəri barədə kitab nəşr edilib

“Anadolu Agentliyi Yayınları” Qarabağ Zəfəri barədə kitab dərc edib.

“İki sahil” xəbər verir ki, qələbənin necə qazanıldığı, hansı proseslərin yaşanması ilə bağlı fotoşəkillər və qrafiklərlə təqdim edilən 228 səhifəlik kitab 3 hissədən ibarətdir.

Qeyd edilir ki, dünya mediasının gözünü və qulaqlarını yumaraq, bölgədəki reallıqları görməzlikdən gəlməyə çalışdığı günlərdə “Anadolu” agentliyi fədakarlıq, cəsarət və peşəkarlıqla müharibənin hər anını bütün dünyaya yayımlayıb.