2021-ci il ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 871,8 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 80,6% artıb.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti məhsullarının istehsal 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3%, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2%, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 56,8%, tikinti gipsinin istehsalı 47,9%, tikinti kərpicinin istehsalı 57,3%, sementin istehsalı 6,3%, tikinti əhənginin istehsalı isə 4,4% artıb.
Vergi Məcəlləsində dəyişikliklər yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur - Azər Əmiraslanov
Azər Əmiraslanov: Vergi Məcəlləsində dəyişikliklər iqtisadi inkişafı sürətləndirəcək
Azərbaycan və İsrail neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib