21 yanvar 2022 11:01
840

Hollivud ulduzu beşinci ərindən boşanır

Məşhur amerikalı aktrisa Pamela Anderson beşinci ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.

“İki sahil” xəbər verir ki, Hollivud ulduzu bir ildən bir qədər çox müddətdir ki, mühafizəçisi Den Heyherstlə evlidir - onların toyu 2020-ci ilin dekabrında olub.

54 yaşlı aktrisa daha əri ilə yaşamır.

Onların romantikasının karantin dövründə başladığı qeyd olunur. Anderson keçmiş əri, Hollivud maqnatı Con Pitersdən boşanandan yeddi ay sonra cütlük görüşməyə başlayıb.