21 yanvar 2022 19:10
1226

 Maraqlı kolleksiyalar sizi də təəccübləndirəcək - FOTO

Paul Skardino və onun oyuncaq kolleksiyası

Amerikalı Paul Skardinonun   uşaqlıqdan  oyuncaqlara  marağı həddindən artıq çox olub. Erkən yaşlarından müxtəlif oyuncaqları toplayaraq nəhəng bir  kolleksiya yaradıb. Qeyd etmək lazımdır ki, Paul  ilk dəfə 2018-ci ildə "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdur. Hal-hazırda onun kolleksiyası 5.306 oyuncaqdan ibarətdir və o, nail olduğu birinciliyi qoruyub saxlamaqdadır.

Fast food oyuncaqları kolleksiyası Lugue Percivala məxsusdur

Filipinli qrafika sənətçisi Lugue Percival 5 yaşından bəri “McDonald's”, “Burger King” və ölkədə çox sevilən “Jollibee” kimi fast food restoran şəbəkələrindən oyuncaqlar toplamağa çox həvəsi var idi. Təxminən beş, on il sonra 50 yaşındakı  Percival evində yerdən tavana qədər uzanan  20.000 oyuncaqdan ibarət bir kolleksiya yaratmışdı. Hətta   2014-cü ildə o “Ginnessin Rekordlar Kitab”ına daxil olmuşdu .  Percival həmişə oyuncaqlar ilə oynayaraq    onları  həmişə nümaiş etdirməyi çox sevirdi.

Onun ən dəyərli oyuncaqlarından biri anasının 1988-ci ildə ona verdiyi “Jollibe”dan olan bir maskot "Hetty Spaghetti" heykəlciyi idi.

 Müxtəlif ölkələrin qadağa nişanları bir kolleksiyaya daxil edən alman

Qadağa nişanları ilə adətən hotellərdə rastlaşa bilərik. Lakin Almaniyada yaşayan Rainer Veiçertin bu nişanlardan ibarət böyük bir kolleksiyası var. Onun kolleksiyasına müxtəlif ölkələrə aid olan təxminən 11.570 ədəd qadağa nişanı daxildir. Adətən səyahət edən bəzi insanlar suvenir almağa meyillidir. Ancaq 1990-cı ildən müxtəlif ölkələrə səyahət edən Rainer Veiçert ziyarət etdiyi məkandan mütləq qadağa nişanı gətirirdi.

Qeyd edək ki, həmin nişanlar Rainer dünyanın 188 ölkəsindən toplamışdır. O, bütün nişanları əzizləyərək saxlasa da  2 nişanı digərlərindən  qiymətli hesab edir. Onlardan biri 1936-cı ildə, Berlin Olimpiya Oyunları zamanı Olimpiya kəndinin bir hissəsidir , digəri isə 100 ildən çox yaşı olan "Kanada General Brock" hotelindəndir.Əlavə edək ki, qəribə hobbisi onu 2014-cü dünya rekordçusu edib.

Qızıldan günəş eynəyi kolleksiyalarını hansı məşhurlar toplayıblar?

Məşhurlar tərəfindən sifariş edilən bu qızıl eynəyin qiyməti 75.00 min dollardır. 40 saat ərzində hazırlanan  dəyərli aksessuar Beyonsun, Cennifer Lopezin və digər məşhurların kolleksiyasında mövcuddur. Qeyd etmək lazımdır ki, İsveçrənin “Silhouette” şirkəti də modern üslubda “Atelier Collection” optik linzalı eynək kolleksiyasını satışa çıxarıb. Bu eynəklərin hazırlanmasında çəhrayı, sarı, ağ qızıl və müxtəlif qiymətli daşlardan istifadə olunub. Ən ucuz eynəyin qiyməti 13 min dollardır. Həmin şirkətin yaratdığı “Art de Fleurs” qadın eynəyi  72 brilyant və yaqut daşlarla  bəzədilib. Bəzən yaqutlar mavi və ya çəhrayı sapfirlə əvəz edilə bilər.

Qızıldan köynək?

Bəzi insanların gözəl maşınlar və ya bahalı evlər seçdikləri halda,daha qızılı çox sevən hindistanlı milyonçu Datta Phugenin qızıl əşyalardan ibarət kolleksiyası var. Məsələn,  özünə qızıldan köynək sifariş etmişdi. 3.175 qram çəkisi olan həmin köynəyin qiyməti 250.000 dollardır.

Calvey Vileyin qəribə böcək sevgisi

Böcək qorxusuna insektofobiya deyilir. Bir çox insanlar insektofobiyadan əziyyət çəkirlər. Bu tip insanlarda  müxtəlif həşəratlarla təmasda olduğu zaman panik qorxusu, dəhşət və çaxnaşma hücumları başlayır. İyrənc canlıların görünüşü belə onları vahiməyə salır.

Lakin bir çox insanlardan fərqli olaraq amerikalı Calvin Viley müxtəlif böcəkləri evinə toplayır. O, böcəklərin zərərsiz olduğunu sübut etmək üçün əlindən gələni edir.  Gənc  oğlan özünün  “İnstagram” səhifəsində fərqli insanların üzündə hərəkət edən böcəklərin  müxtəlif videolarını  paylaşır. O deyir ki, bəziləri  evlərində it, pişik və ya tısbağa saxlayırlar: “ Mən isə həşəratları çox sevirəm.” 2015-ci ildən müxtəlif hörümçəkləri toplamağa başlayan Calvin onların quruluşunu və davranışlarını  dəqiqliyi ilə öyrənmək üçün kiçik bir laboratoriya açmaq arzusundadır. Eyni zamanda  o, bu sahədə ali təhsil almağı da  planlaşdırır.

Qeyd etmək lazımdır ki, Calvinin  bir çox dostları qəribə hobbisinə görə ondan üz döndərib. Lakin heç nəyə fikir verməyən gənc sevdiyi hobbisindən  əl çəkmək fikrində deyil

Miniatür oturacaqlara sahib olan tibb bacısı

ABŞ-da yaşayan Barbara Hartsfild dünyanın ən böyük miniatür oturacaqlar kolleksiyasına sahibdir . 2008-ci ildə Barbaranın kolleksiyası təxminən 3000-ə yaxın miniatür oturacaqdan ibarət idi və məhz buna görə həmin il o, "Ginnes Rekordlar Kitabı"na daxil oldu.

Ruhi xəstələr üçün dispanserdə tibb bacısı olaraq çalışan Barbara gördüyü iş haqqında müxtəlif məqalələr yazmalı olurdu. Məqalələri yazdıqda diqqətini cəmləşdirmək üçün Barbara kiçik oturacaq və balaca bir kukla almaq qərarına gəlir. Həmin miniatür oturacaq üçün alış-verişə yollanan Barbara digər maraqlı oturacaqları gördükdən sonra onları çox sevdi. 2009-cu ildə Barbara, təsirli kolleksiyasını nümayiş etdirmək üçün "Collectible & Antique Chair Gallery" muzeyini açdı. Qeyd edək ki, insanlar Amerikanın hər yerindən onun lampalarını, saatlarını, duz qablarını və peçenye bankalarını xatırladan miniatür oturacaqlarını görmək üçün ziyarətə gəlirlər.

Hava səyahəti zamanı toplanan 6290 qoruyucu torba

Çoxumuz üçün təyyarədə uçmaq mənzərəni görmək və əcnəbilərlə söhbət etmək üçün ən yaxşı bir fürsətdir. Lakin hollandiyalı Nik Vermyolin üçün isə hava səyahəti həm də kolleksiyasına yeni qoruyucu torbalar əlavə etmək üçün bir fürsətdir.

1986-cı ildən bəri Nik Vermyolin qoruyucu torbaları bir dostu ilə mübahisə etdikdən sonra toplamağa başladı.Qeyd edək ki, Nikin dostu da bu işin həvəskarı idi. Vaxt keçdikcə Nikin kolleksiyası sürətlə böyüyürdu və 2012-ci ildə Nick Vermyolin dünyanın ən azı 200 ölkəsinə səyahət etdikdən sonra topladığı 6290 qoruyucu torbası ilə "Ginnesin Rekordlar Kitabı"na daxil olur.

Nikin sözlərinə görə, kolleksiyasındakı ən sevdiyi nümunə NASA şirkətinə aid "Columbia" kosmik gəmisində 16 gün ərzində kosmosda qalan qoruyucu torbasıdır.

Manfred Rotşsteinin massaj taxtaları

Peşəkar dermatoloq Manfred Rotşstein 71 ölkədən gətirdiyi 675 masaj taxtaları ilə bütün dünyaya tanınıb. Onun topladığı bəzi masaj taxtaları timsah pəncələri, müxtəlif heyvanların qabırğa sümüklərindən və kenquru ayaqlarından ibarətdir.

Ən qeyri-adi  saç kolleksiyası

Demək olar ki,Conn Reznikoff planetin ən qəribə hobbilərindən birinə sahibdir, çünki o, dünyanın ən məşhur insanlarının kəsilmiş saçlarını toplayır. Onun kolleksiyasında Elvis Preslinin, Bethovenin, Abraham Linkolnın, John F. Kennedinin və hətta Marilin Monronun saçları var.

Samirə Tağıyeva,  “İki sahil”