21 yanvar 2022 19:55
581

"Səbail"in futbolçusu “Olimpiakos Volos” klubuna keçdi

"Səbail"in futbolçusu Turan Manafov Yunanıstanın “Olimpiakos Volos” klubuna keçib.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı cinah müdafiəçisi sözügedən komandada icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir.