14 iyun 2019 15:16
341

280622.9 hektar ərazidə taxıl biçilib

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. 

Kənd Təsərrüfatı Nazirliyinin iyunun 14-nə olan məlumatına görə, ölkə ərazisində 280622,9 hektar ərazidə taxıl biçini aparılıb, 225782,3 hektar ərazidə arpa, 54840,65 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 843624,3 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad Beyləqan, Zərdab, Yevlax, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29161 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax,  Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.