27 yanvar 2022 19:16
668

Masallıda “Şuşa ili” - FOTO

Masallı rayon Mərkəzi Kitabxanasında “Şuşa ili” ilə əlaqədar tədbir keçirilib.

Tədirdə kitabxana əməkdaşları iştirak ediblər. Kitabxananın əməkdaşı Şəmsurə Nəsirova Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin yaranma tarixi, mühüm mədəni mərkəz kimi özəlliklərindən söhbət açıb.

Sonra kitabxana işçisi Aida Quliyeva çıxış edərək bildirib ki, “Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində Şuşa şəhəri xalqımın uzun illər gözlədiyi azadlığına qovuşdu. Şəhidlərimizin qanı bahasına, igid oğullarımızın qəhrəmanlıqları sayəsində, ordu və xalqımızın birliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən siyasəti, sistemli və ardıcıl diplomatik səyləri nəticəsində düşmən işğalından azad edilmiş Şuşa şəhərində də bu gün həyat qaynayır. Prezidentin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada quruculuq, təmir-tikinti, bərpa işləri yeni vüsət alıb,beynəlxalq tədbirlər həyat keçirilir. Xalqımız,eləcə Şuşa sakinləri dövlətin gücünə inanaraq arxayındırlar ki, uzun illər davam etmiş işğal müddətində ürəklərində yaşadıqları topaq həsrəti,çəkilən iztirablar artıq geridə qalıb. Qalib Azərbaycan əsgəri bu gün sərhəddə mübariz keşikdədir, ölkənin suverenliyini, ərazi bütövlüyünü qorumağa hazır dayanıb.

Qeyd edək ki, “Şuşa ili” ilə əlaqədar silsilə tədbirlər kitabxanada bundan sonra da davam etdiriləcək.

Əlihüseyn Şükürov