27 yanvar 2022 22:46
1245

Kamil Məmmədova YAP-a üzvlük vəsiqəsi təqdim olunub

YAP Yasamal rayon təşkilatında partiya sıralarına daxil olan hüquq - mühafizə orqanlarından  tərxis olunan, ehtiyatda olan polis general - mayoru Kamil Məmmədova YAP-ın üzvlük vəsiqəsi təqdim olunub. 

“İki sahil” xəbər verir ki, YAP Yasamal rayon təşkilatın əməkdaşları və fəallarının iştirakı ilə keçirilən görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Kamil Məmmədovu ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının sıralarına qoşulması münasibətilə təbrik edib, ona can sağlığı arzulayıb. 

Kamil Məmmədov öz növbəsində çıxış edərək müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri olduğunu qeyd edib.

Kamil Məmmədov  işi ilə əlaqədar Yeni Azərbaycan Partiyasına üzv ola bilmədiyini, lakin indi Yeni Azərbaycan Partiyasının bir üzvü olduğu üçün çox xoşbəxt olduğunu bildirib. 

91 yaşlı Kamil Məmmədovu Yeni Azərbaycan Partiyasının üzvü olması münasibəti ilə təbrik edir, ona can sağlığı arzulayırıq.